Bu il sentyabrın 30-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 5 167.5 mln. ABŞ dolları təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 1 193.1 mln. dollar və yaxud 30% çoxdur.
Azərbaycan Mərkəzi Bankın məlumatına əsasən, valyuta ehtiyatları avqustun 31-i ilə müqayisədə 66.3 mln. dollar və yaxud 1.3% artıb.