29 noyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100465S dövlət qeydiyyat nömrəli, 350 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Belə ki, hərrac zamanı 18 investor tərəfindən qiyməti 99.2278 AZN (10.01%) olan 25 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 701 224 600,00 AZN olub.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti 99.2278 AZN (10.01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 350 000 000,00 AZN təşkil edib.
Qeyd edək ki, notların ödəmə tarixi 27.12.2017-ci ildir.