AMB sığorta paketi proqramı üzrə tenderin qaliblərini açıqlayıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (CASCO) sığortasından ibarət olan birləşdirilmiş sığorta paketi proqramı üzrə elan edilmiş açıq tenderin qalibləri bəlli olub.

Belə ki, əsas vəsaitlərin və nağd pulun sığortası üzrə “Paşa Sığorta” ASC, nəqliyyat vasitələrinin (CASCO) sığortası üzrə isə “AxaMbask Sığorta” ASC qalib elan edilib. Qalib şirkətlərlə satınalma müqavilələri imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır