AMB tender elan edir

Azərbaycan Respublikası Mərkəzi Bankı “Ev təsərrüfatlarının istehlakçı davranışları və niyyətləri” sorğusunun keçirilməsi üzrə xidmətin satın alınması məqsədilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq açıq tender keçirir.

Tender proseduru 16 oktyabr 2017-cı ildə Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi 90) keçiriləcək.

İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 13 oktyabr 2017-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 04 oktyabr 2017-ci il saat 18.00-a qədər Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaq.

Qeyd edək ki, tenderdə iştirak üçün tələb olunun sənədlər və digər şərtlər haqqında ətraflı məlumat keçiddə yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır