Azərbaycan Respublikasının Mərkəzi Bankında kompüter, server, şəbəkə avadanlıqlarının və proqram təminatlarının, habelə informasiya təhlükəsizliyi sisteminin inteqrasiyası üzrə xidmətin satın alınması ilə bağlı tender elan edir.
BBN.az xəbər verir ki, Mərkəzi Bank aşağıdakı lotlar üzrə açıq tender keçirir:
– 1-ci lot üzrə tenderin predmeti: kompüter, server, şəbəkə avadanlıqlarının və proqram təminatlarının satın alınması;
– 2-ci lot üzrə tenderin predmeti: informasiya təhlükəsizliyi sisteminin inteqrasiyası üzrə xidmətin satın alınması.
Tender proseduru 03 aprel 2018-ci il tarixində saat 15.00-da Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcək.
İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 02 aprel 2018-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 15 mart 2018-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaq.
İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikasının Mərkəzi Bankının aşağıdakı hesabına hər bir lot üzrə 150 (yüz əlli) manat məbləğində vəsait köçürməlidir.
Qeyd edək ki, tenderdə iştirak haqqında ətraflı məlumat keçiddə yerləşdirilib.