Azərbaycan Respublikası Mərkəzi Bankı tender elan edir

Azərbaycan Respublikası Mərkəzi Bankının binalarında istismar müddəti başa çatmış qaz tipli avtomatik yanğınsöndürmə sistemlərinin yenilənməsi işlərinin satınalınması məqsədilə tender elan edir.

BBN.az xəbər verir ki, ender proseduru 30 aprel 2018-ci il tarixində saat 15:00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90) keçiriləcək.

İddiaçılar tenderdə iştirak haqqı kimi Mərkəzi Bankın hesabına 200 (iki yüz) manat məbləğində vəsait köçürməlidir.

Tender təklifi və tender təklifinin bank təminatı 27 aprel 2018-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 18 aprel 2018-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasına təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaq.

Qeyd edək ki, tenderdə iştirak haqqında ətraflı məlumatı keçiddən əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır