Mərkəzi Bankın (AMB) elan etdiyi tenderin nəticəsi açıqlanıb.
Belə ki, əməkdaşlarının tibbi sığortalanması üzrə elan edilmiş tenderdə təqdim edilmiş təkliflərin qiymətləndirilməsinin nəticələrinə əsasən Tender Komissiyasının 17 noyabr 2017-ci il tarixli qərarı ilə “Paşa Sığorta” ASC tenderin qalibi elan edilib.
Qeyd edək ki, qalib şirkətlə müvafiq sığorta müqaviləsi bağlanılıb.