Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 10%-dən 9,75%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin buna müvafiq olaraq+/-2% olması barədə qərar qəbul edib.
BBN.az xəbər verir ki, bu barədə AMB-nin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
Xatırladaq ki, qurumun İdarə Heyəti 14 iyun 2018-ci il tarixindən uçot dərəcəsinin 11%-dən 10%-ə endirilməsini, 2018-ci il avqustun 1-də də uçot dərəcəsinin 10% səviyyəsində saxlmaqla, faiz dəhlizinin yuxarı həddi 12%, aşağı həddi 8% barədə qərar qəbul etmişdi.