AMB valyuta ehtiyatlarının idarə edilməsindən 115 mln. dollar gəlir əldə edib

“2018-ci ilin yekunlarına görə, Azərbaycanda valyuta bazarı tam taraz vəziyyətə düşüb”.

BBN.az  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Ötən il AMB-nin valyuta ehiyatları 5% artıb. Bu vəsait valyuta bazarından alınmayıb. Bazarda tam dayanıqlılığın şahidi olmuşuq. Manatın məzənnəsindəki sabitliyin əsas səbəbi budur. 2018-ci ildə AMB valyuta ehtiyatlarını 300 mln. dollar artırıb. Bunun 115 mln. dolları valyuta ehtiyatlarının idarə edilməsindən qazanılıb. Həmin vəsaitin isə 1/3-i svop əməliyyatlarının hesabına geri qayıtmış vəsaitlərdir”, – deyə o, qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır