AMB xüsusi monetar islahatlar proqramı hazırlayıb

Uçot dərəcəsi alətinin tranmissiya qabiliyyətinin yüksəldilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) xüsusi  monetar islahatlar proqramı hazırlayıb.

Bu barədə AMB sədrini I müavini Alim Quliyev bilirib.

Onun sözlərinə görə, proqram hazırda Maliyyə Sabitliyi Şurasının müzakirəsindədir: “Bu proqram qəbul olunduqdan sonra ölkənin effektv pul bazarının formalaşdırılması işləri başa çatacaq. AMB konservativ pul proqramına uyğun olaraq pul bazasının artım kanallarını nəzarətə götürüb, izafi pul kütləsinin aktiv strelizasiyasını həyata keçirib. Nəticədə effektiv pul siyasətinin tətbiqinin başlıca şərtlərindən olan üzən məzənə rejiminə keçid 2017-ci ilin əvvəlindən başlayıb. Orta müddətli perspektivdə bu siyasətin məntiqi davamı inflyasiyanı effektiv idarə etməyə imkan verən inflyasiyanın hədəflənməsi rejiminə keçid olacaq”.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır