“AmCham EU” yeni vergi mexanizmlərinin əleyhinədir

Avropa İttifaqında Amerika Ticarət Palatası rəqəmsal iqtiasdiyyat üçün yeni vergi mexanizmlərinin tətbiqi ilə bağlı verilmiş təkliflərdən narahat olduğunu bildirib. Avropa Komissiyasının Vergilər və gömrük üzrə Baş direktorluğu sentyabrın 21-də “Vahid rəqəmsal bazar üçün Avropa İttifaqında ədaələtli və səmərəli vergi sistemi” adlı tədbirlər planını qəbul edib. Plana əsasən, təklif olunan qanun layihəsinin 2018-ci ilin yazında təqdim ediləcəyi gözlənilir.

BBN.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, Aİ-nin iqtisadi, maliyyə, vergi və gömrük məsələləri üzrə komissarı Pyer Moskoviçi Avropa Parlamentindəki çıxışında deyib: “Rəqəmsal şirkətlər hətta fiziki cəhətdən Avropa İttifaqında olmasalar belə, milyonlarla istifadəçidən böyük gəlirlər götürürlər. Biz hamıya bərabər oyun şəraiti verən meydan yaratmaq istəyirik ki , birlikdə fəaliyyət göstərən şirkətlərin hamısı harada işləmələrindən- internet üzərindən və ya şüşədən, kərpicdən tikilmiş ofis üzərindən işləmələrindən asılı olmayaraq, təmiz rəqabət aparsınlar”

Təklif olunan variantlara verginin gəlir əvəzinə dövriyyədən tutulması, internetd’ki reklam yığımları və ya rəqəmsal müəssisəyə vergi ödənişindən vergi daxildir. “AmCham EU” xəbərdarlıq edib ki, dövriyyədən vergi “şirkətlərin investisiya və təkrar investisiyaya qoymaq üçün gəlirlərini  əhəmiyyətli şəkildə azalda bilər ki, bu da Aİ ölkələrinin iqtisadi inkişafına mənfi təsir göstərər”.

Qeyd edək ki, Palata tərəfindən yayılmış açıqlamada qeyd edilib: “Bərabərləşdirmə üçün yığımın qəbul edilməsi Aİ-nin investisiya cəlbediciliyinə ziyan vura bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır