Azərbaycan Milli Elmlər Akademiyası və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti” mövzusunda konfrans keçirilib. Məqsəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatların elm ictimaiyyətinin diqqətinə çatdırmaq, eləcə də onların təkliflərini dinləməkdir.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru, iqtisad üzrə elmlər doktoru Vüsal Qasımlı,Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, AMEA İqtisadiyyat İnstitutunun direktoru, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti, AMEA Yüksək Texnologiyalar Parkının direktoru və digər nümayəndələr iştirak edib.
Konfrans iştirakçıları Azərbaycan elminin artırılmasının vacibliyini qeyd edib. Həmçinin Azərbaycanda innovativ layihələrin dəstəklənməsi, elmin kommersiyalaşdırılması istiqamətində görülən işlərin mövcud vəziyyətindən danışıb.