Amerika Ticarət Palatası ilə Azərbaycanın “Qlobal Rəqabətlilik Hesabatı”nda irəliləməsi müzakirə olunub

Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) işgüzar nahar tədbiri təşkil olunub.

Tədbirdə 135 nəfərdən çox AmCham üzvü, o cümlədən diplomatik korpusun nümayəndələri iştirak edib.

Müzakirələr zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatı barədə danışıb. “Ümumi monitorinq və qiymətləndirmənin nəticələri onu göstərir ki, bu ilin 6 ayında nəzərdə tutulmuş tədbirlərin yarıdan çoxu icra edilməyə başlanıb, hətta bəzi tədbirlərin icrası yekunlaşıb. Bu, onu deməyə əsas verir ki, bütün tədbirlər ilin sonunadək icra ediləcək, əldə olunan nəticələr Strateji Yol Xəritəsində təqdim olunmuş hədəf göstəricilərinə uyğun olacaq”.

Qeyd edək ki, Azərbaycanda Amerika Ticarət Palatasının işgüzar nahar formatında keçirilən bu cür tədbirləri hər ay təşkil olunur. Tədbirlərə qonaq qismində Azərbaycanın nazirləri, komitə sədrləri, Milli Məclisin üzvləri, müxtəlif mərkəzi dövlət qurumlarının rəhbərləri və digər yüksək səviyyəli şəxslər dəvət edilirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır