“Amrahbank” birinci rüb üzrə maliyyə nəticələrini açıqlayıb

“Amrahbank” ASC 2017-ci ilin maliyyə göstəricilərini açıqlayıb. Göstəricilərə əsasən, bank  cari ilin birinci rübünün sonunda  1 450 292 manat zərər əldə edib.

Cari ilin birinci rübünün sonunda bankın faiz gəlirləri 4.6 milyon manat, faiz xərcləri isə 2.6 milyon manat təşkil edib.

Qeyd edək ki, bank ötən ilin yekununda 8,4 milyon manat zərər əldə edib.

Bankın digər hesabat göstəriciləri ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz:

Göstəricilər 2017-ci ilin birinci rübü (mln. manat) 2016-cı ilin yekunu(mln. manat) Fərq
Aktivlər 240.3 256.2 -6.2%
Depozit portfeli 125.6 141.3 -11%
Kredit portfeli 129.4 138.5 -7%

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır