Anadangəlmə qabiliyyətlərə həddən artıq güvənirsiniz? – Harvard Business Review

Kimdən daha çox şey gözləyirsiniz: anadangəlmə istedada malik şəxsdən, yoxsa gərgin əmək sayəsində bacarıqlarını inkişaf etdirəndən?  Rəhbər, xüsusilə kimi işə götürmək, yüksəltmək və ya perspektivli elan etmək qərarı verdikdə, özünə bu sualı verməlidir.

London Universitet Kollecinin müəlliməsi Çia Yunq Tsay gərgin işin nəticələri ilə müqayisədə anadangəlmə istedada ehtiramın nə dərəcədə geniş yayılmasını araşdırdı. Əvvəlki eksperimentlər – klassik musiqiçilərin iştirakı ilə olan – göstərmişdi ki, fitri istedad hesab edilən ifaçıları insanlar yüksək qiymətləndirilər, hərçənd özləri (aralarında peşəkar musiqiçilər də var idi)  də etiraf etdilər ki, musiqidə uğur qazanmaq üçün gərgin əmək daha vacibdir. Bu stereotipin digər sahələrə şamil edilib-edilməməsini öyrənmək üçün Tsay sahibkar mühitini – yüksək nəticələrin, adətən, səylə çalışmaların ayağına yazıldığı sahəni araşdırdı.

Eksperimentin yüzlərlə iştirakçısı müxtəlif sahibkarların tərcümeyi-hallarını və biznes strategiyalarını qiymətləndirdi. Qəhrəmanların biznes planları və xarakteristikaları uydurma idi, bəzilərində sahibkarlıq istedadı, digərlərində çəkilmiş zəhmət vurğulanırdı. İştirakçıların əksəriyyəti xarakteristikalarında həmin istedadın qeyd edildiyi şəxslərin biznes planlarını daha yüksək qiymətləndirdi: onlara elə gəlirdi ki, belə insanın uğur qazanmaq üçün şansları daha çoxdur, respondentlər onun biznesinə investisiya yatırmağa daha meylli idilər.

Hətta “səylə çalışan” sahibkarın ayağına uğur üçün faydalı keyfiyyətlər yazıldıqda belə, əvvəlki yanaşma saxlanıldı. Ekspertlər anadangəlmə istedadın təcrübəsinin 4,5 il az, idarəetmə bacarıqlarının 9% zəif, İQ göstəricisinin 28,3 bənd aşağı və investisiyalar üçün kapitalının $39 143 azd olması ilə barışmağa hazır idilər. Bütün bunlara baxmayaraq, ona sərmayə qoymaq istəyənlər var idi, deməli, stereotip investorlara pulları bahasına başa gələ bilərdi.

İstedadla əməyin (habelə uğurun) vacibliyi nisbiliyi çoxdan müzakirə edilir. Malkolm Qladuellin “Dahilər və autsayderlər” və Ceff Kolvinin “İstedadın dəxli yoxdur” əsərlərində sübut edilir ki, inadkarlıq və işə münasibət anadangəlmə qabiliyyətlərdən az əhəmiyyətli deyil. Əksər dahilər bununla razılaşardılar: Mikelancelo belə demişdi: “İnsanlar ustalığımı hansı ağır zəhmətlə əldə etdiyimi bilsəydilər, bu onlara belə möcüzəli gəlməzdi”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır