Anderraytinq nədir?

Anderaytinq– sığorta müqaviləsinin bağlanması, sığorta tarifi və sığorta haqqı barədə qərarlar qəbul etmək üçün sığortalının səhhəti, maliyyə imkanları, sığortalanan əmlakın vəziyyəti və digər bu kimi amillərin – sığorta risklərinin qiymətləndirilməsi üzrə sığortaçının (onun mütəxəssisinin və ya nümayəndəsinin) istifadə etdiyi üsul və metodların, habelə hərəkətlərinin məcmusudur.

Məsələn, həyatın və sağlamlığın sığortalanması zamanı anderraytinq sığorta hadisəsinin (xəstəlik və ya ölüm) baş verməsi riskini qiymətləndirmək üçün aparılan fəaliyyətin məcmusudur. Bura xəstəlik və ya ölüm riskinə təsir göstərən aşağıdakı amillərin araşdırılması daxildir: sığorta olunan şəxsin yaşı, sağlamlıq vəziyyəti, xəstəlik tarixçəsi, zərərli vərdişləri (məsələn, siqaret çəkmək) və s. Əmlakın, məsələn, avtomobilin sığortalanması zamanı isə avtomobilin təzə və köhnə olması, mühərrikinin gücü, sürücülərinin kim olacağı, əvvəlki illərdə həmin sürücülərin hadisə törədib-törətmədiyi və s. faktların qiymətləndirilməsi anderraytinq prosesində əhatə olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır