Şəkil formatı olan PNG Android cihazlarındakı bütün məlumatlara çıxış imkanı verir. Təhlükəsizliklə bağlı bir sıra tədbirlər görülsə də, hakerlər tam təhlükəsiz strukturun yaradılmasına mane olur.
Qeyd edək ki, keçən həftə Iphone-ların gizli dinlənməsi məsələsi gündəmdə idi. Apple bu təhlükəni bir həftə sonra aradan qaldıra bilmişdi.
Hal-hazırda isə Android cihazlarında PNG təhlükəsi diqqət mərkəzindədir. Belə ki, manipulyasiya edilmiş PNG formatlı şəkillər açıldıqda cihaza təhlükəli proqram yüklənir və məlumatlarınız üçüncü şəxslər üçün əlçatan olur.