Anti-virus proqramı alan zaman ƏDV tutulmalıdırmı?

Xarici internet saytlarından anti-virus proqramı alan zaman bank tərəfindən alıcının kart hesabından ƏDV tutulmalıdırmı?

Bu sualı Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Səmirə Musayeva cavablandırıb.

Onun sözlərinə görə, internet şəbəkəsi vasitəsi ilə proqram təminatlarının (o cümlədən anti-virus proqramlarının) yüklənməsinə görə qeyri-rezidentə aparılan ödənişlərdən ödəməni həyata keçirən yerli bank tərəfindən alıcının vəaiti hesabına 18% dərəcəsi ilə ƏDV tutularaq dövlət büdcəsinə ödənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır