“Apple” İran istehsalı olan mobil tətbiqlərlə bağlı yeni qərar verib

“Apple” İranın bütün mobil tətbiqlərini online mağazası “App Store”dan çıxarıb.

İranın ən böyük e-ticarət saytı “Digicala”, bütün işlərin təxminən 10 gün əvvəl dayandırıldığını açıqlayıb. Buna səbəb kimi ABŞ tərəfindən İrana tətbiq edilən yeni sanksiyalar göstərilib.

“Apple”ın mobil tətbiqləri çıxarması bir çox iranlının reaksiyasına səbəb olub. İranlılar sosial mediada #StopRemovingIranianApps ( İran istehsalı olan tətbiqləri çıxarmağı dayandır) həştəqi başladıb.

Qeyd edək ki, “Apple” bu qərarla bağlı hələlik heç bir açıqlama verməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır