Apple-dan Netflix-ə rəqib olacaq yeni xidmət

25 mart 2019-cu il tarixində Apple keçirəcəyi tədbirdə yeni məhsul və xidmətlərini tanıdacaq.

Tədbirdə firma yeni İpad mini modelini nümayiş etdirəcək. Dizayn baxımdan əvvəlki nəsli ilə eyni olan İpad mini sadəcə təchizat baxımdan yenilənəcək.

25 martda keçiriləcək tədbirdə həmçinin Airpods 2 də tanıdılacaq. Airpods 2 suya davamlı olması və “Hey Siri” əmrini dəstəkləməsi xüsusiyyətləri ilə fərqlənir. Qeyd edək ki, yeni nəsil Airpods kabelsiz enerji yığmaq özəlliyinə də sahibdir.

Sonda isə Apple yeni xidmətini nümayiş etdirəcək. Bildirək ki, bu xidmət Netflix-ə birbaşa rəqib olacaq. Apple-ın təqdim edəcəyi video xidmət özündə serialları və bir sıra müxtəlif məzmunlu videoları özündə birləşdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır