Apple şirkətinin qabaqcıl layihələrindən olan Apple Pay ödəmə sistemi Belçikadan sonra Qazaxıstanda da fəaliyyətinə başlayıb.
Belə ki, şirkət bu layihə əsnasında Qazaxıstanda fəaliyyət göstərən “Eurasian Bank”, “ATFBank” “Halyk Bank”, “Sberbank”, “BankCenterCredit” və “ForteBank” kimi nəhəng banklarla tərəfdaşlıq müqaviləsi imzalayıb. Sözügedən bankların yerli müştəriləri artıq ödəmə kartlarının detallarını Apple Wallet tətbiqetməsinə yükləyərək Apple Pay xidmətlərindən yararlana biləcəklər.
Şirkətin rəsmi saytından verilən məlumata istinadən, Belçika və Qazaxıstan daxil olmaqla, hal-hazırda Apple Pay xidməti 32 ölkədə təklif edilir. Növbəti olaraq, xidmətin Almaniya və Səudiyyə Ərəbistanında istifadəyə verilməsi proqnozlaşdırılır.