“Apple-Samsung” mübarizəsinin nəticəsi bəlli olub

ABŞ-ın Konstitusiya Məhkəməsi texnologiya nəhəngləri “Apple” və “Samsung” arasındakı mobil telefon dizaynı üzrə patent iddiasında “Samsung”un lehinə qərar verib.

Amerikanın texnologiya şirkəti olan “Apple” 2011-ci ildə “Samsung”u iPhone telefonlarının dizaynını oğurladığını iddia edərək məhkəməyə vermişdi.

ABŞ-ın iki əyalət məhkəməsi “Apple”ı haqlı gördüyünə görə “Samsung”un 399 milyon dollar təzminat ödəməsinə qərar verilmişdi. “Samsung” isə məbləğin böyük olduğunu iddia edərək təzminatın yenidən hesablanması üçün iddiaya ABŞ-ın Konstitusiya Məhkəməsində baxılmasını istəmişdi.

Məhkəmə qərarının Cənubi Koreya şirkəti “Samsung”un lehinə verildiyini bildirən mənbələr ödəniləcək məbləğin 399 milyon dollardan az olacağını iddia edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır