“Apple” “Shazam”ı alıb

“Apple” musiqi tanıma xidməti “Shazam”ı aldığını doğrulayıb və “App Store”dəki ən məşhur tətbiqlərdən birini özlərinə birləşdirdikləri üçün həyəcanlı olduqlarını deyib.

Şirkət verdiyi açıqlamada, “Apple Music” və “Shazam” müştərilərinə mükəmməl musiqi təcrübəsi yaşatmaları üçün təbii uyğunluq yaratdıqlarını deyib. Həmçinin “Apple” qeyd edib ki, mağazamızda həyəcanverici planlarımız var, qərar gərəyi “Shazam” ilə birləşməyi səbirsizliklə gözləyirik.

“Apple” qiymətləri açıqlamasa da, keçən həftə şirkətin “Shazam”ı almağa yaxın olduğu bildirilmiş və 401 milyon dollara alacağı açıqlanmışdı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır