ABŞ-ın texnologiya nəhəngi “Apple” şirkətinin bazar dəyəri həftənin ilk əməliyyat günündə təxminən 22 milyard dollar azalıb.
BBN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünyanın ən yüksək ödənişli şirkəti Apple-ın Nyu-Yorkdakı birjasında satdığı səhmlər 2,6 % azalaraq 167,07 dollar səviyyəsində qalıb.
Ümumilikdə son bir həftə ərzində Apple səhmlərinin dəyəri 6,4 % , şirkətin bazar dəyəri isə 58 milyard dollar azalıb.
Yaponiyanın Nikkei Asian Review qəzeti bu gün Apple şirkətinin iPhone X istehsalını yanvar ayından mart ayına qədər yarıya endirəcəyini bildirib.
Milad bayramından sonra ABŞ, Çin və Avropada iPhone X üçün tələbat və noyabr-dekabr dövründə satış həcmi azalıb.
Qeyd edək ki, ABŞ-da iPhone X-nin satış qiyməti vergi istisna olmaqla 999 dollardan başlayır.