“Apple”dakı geriləmə dayanıb

Texnologiya nəhəngi Apple ötən ilin oktyabr-dekabr aylarını əhatə edən 2017-ci il maliyyə ilinin ilk rübündə gəlirlərinin artdığını bildirib.

Göstəricilərə əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin gəlirləri 3,3% artaraq 78,35 milyard dollar olub. Beləliklə, şirkət 3 rüb ard-arda gəlirlərində azalma yaşadıqdan sonra ilk dəfə artım əldə edib.

2016-cı maliyyə ilinin ilk rübündə isə 75,87 milyard dollar gəlir açıqlamışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır