“Apple”in Yapon telekomunikasiya və internet şirkəti SoftBank-ın texnologiya fondu olan “Vision Fund”a 1 milyard dollarlıq investisiya yatıracağı bildirilib.
Bu fonda 5 il içərisində Səudiyyə Ərəbistan Dövlət İnvestisiya Fondunun 45 milyard dollar, SoftBank-ın isə 25 milyard dollar investisiya yatıracağı gözlənilir.
Qeyd edək ki, dünyada yeni texnologiya yatırımları üçün Apple-in 200 milyard dollarlıq ehtiyat ayırdığı qeyd olunur.