“Apple”in gəlirləri 12% artıb

Texnologiya nəhəngi Apple bu ilin iyul-sentyabr ayları üçün mənfəət və gəlirinin keçən ilin müvafiq dövrünə nisbətən artdığını açıqlayıb.

Belə ki, şirkətin gəlirləri keçən illə nisbətdə 12.2% artaraq 52.58 milyard dollara yüksəlib. Həmçinin qeyd edilib ki, gəlirlərin 62%-i beynəlxalq satışlardan əldə edilib.

Qeyd edək ki, şirkət keçən ilin iyul-sentyabr aylarında 46.85 milyard dollar gəlir əldə etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır