“Apple” şirkəti bu ilin II rübü ərzində xalis mənfəət və gəlirinin yüksəldiyini açıqlayıb.
Belə ki, bu ilin aprel-iyun ayları ərzində şirkətin gəliri keçən ilin müvafiq dövrü ilə müqayisədə 7.1% artaraq 45.4 milyard dollar təşkil edib. Şirkət keçən ilin aprel-iyun ayları ərzində 42.4 milyard dollar gəlir əldə etmişdi.”Apple”ın ümumi gəlirinin 61%-in beynəlxalq satışlardan əldə edildiyi bildirilib.
Həmçinin, şirkətin xalis mənfəəti 11.5% artaraq 8.7 milyard dollara çatıb. Ötən il isə şirkətin xalis mənfəəti 7.8 milyard dollar təşkil etmişdi.
Qeyd edək ki, Şirkətin hər səhminə düşən mənfəəti isə 1.42 dollardan 1.67 dollara yüksəlib.