Aprel ayında 1470 Yaşıl Kart müqaviləsi bağlanılıb

2017-ci ilin aprel ayı ərzində Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 1470 Yaşıl Kart beynəlxalq sığorta müqaviləsi bağlanılıb. Bunlardan 783 müqavilə Türkiyə və İran İslam Respublikasına, 655 müqavilə Rusiya, Moldova və Ukrayna Respublikasına, 32 müqavilə isə Yaşıl Kart sisteminə daxil olan bütün ölkələrə (Belarus və İsrail istisna olmaqla) səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub.

Qeyd edək ki, hesabat dövründə beynəlxalq sığorta müqavilələri üzrə sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqları 107589 manat təşkil edib. Yaşıl Kart müqavilələrinin 1162-i minik, 166-ı yük, 134-ü qoşqu, 7-i avtobus, 1-i isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır