2017-cı ilin aprel ayının sonuna M2 aqreqatı 11.61 milyard manat təşkil edib. Bu barədə Mərkəzi Bankın Statistik Bülletenində qeyd olunub. Belə ki, mart ayının sonuna bu göstərici 10.98 milyard manat olub, bu da ötən ayla müqayisədə 628.1 milyon manat və ya 5.7% çoxdur.
Qeyd edək ki, M2 pul aqreqatının manatla pul bazasına nisbəti 2017-cı ilin aprel ayının sonuna 1.52 , 2016-cı ilin yekununda isə 1.47 təşkil edib.