“Aqrolizinq” ASC-nin 2016-cı il üzrə maliyyə göstəriciləri açıqlanıb. Belə ki, şirkətin cəmi aktivləri hesabat dövründən əvvəlki illə müqayisədə 22.3 % artaraq 752,495 mln. manat təşkil edib.
2016-cı ildə “Aqrolizinq”ın cəmi kapitalı 359,167 mln. manat, o cümlədən nizamnamə kapitalı isə 361,628 mln. manata, cəmi öhdəlikləri isə 393,329 mln. olub.
Ötən il “Aqrolizinq”in əsas əməliyyat gəliri 127,663 mln. manat, satışının maya dəyəri 120,97 mln. manat , sair gəliri 224 min manat, inzibati xərcləri 10,102 mln. manat , köhnəlmə və amortizasiya xərcləri 2,8 mln. manat , sair əməliyyat xərcləri 5,089 mln. manat təşkil edib.
Hesabata əsasən, şirkət 2016-cı ili 11,075 mln. manat xalis zərərlə başa vurub. Qeyd edək ki, “Aqrolizinq” ASC 2015-ci ildə 17,3 % az , 639 min 634 manat zərər açıqlamışdı.