Aqrolizinq” ASC-nin lisenziyası ləğv olunan “Texnikabank” ASC-də yerləşdirilən vəsaitlərinin məbləği açıqlanıb.
“Aqrolizinq”in 2016-cı ilin audit hesabatına əsasən, dövlət müəssisəsinin 31 dekabr 2016-cı il tarixinə “Texnikabank”da olan hesablaşma hesabında 706 min 591 manat, 3 mln. 888 min 695 avro, ekvivalenti 7 mln. 250 min 695 manat, 4,2 mln. dollar, ekvivalenti 7 mln. 436 min 940 manat vəsaiti olub.
Beləliklə, manat ekvivalentində “Aqrolizinq”in bankda təxminən 15,4 mln. manat vəsaiti qalıb.