AQTA nümayəndələri Çində keçirilən beynəlxalq tədbirdə iştirak edib

Çin Xalq Respublikasında “2018-ci il Avrasiya Ölkələri üçün Qida İdxalı-İxracı Zamanı İnspeksiya və Qida Təhlükəsizliyi” mövzusunda təlim keçirilib.

BBN.az xəbər verir ki, təlimdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları iştirak edib.

Təlim mühazirələr və qida sektorunu təmsil edən müxtəlif istehsal və əkin sahələrinə baxış keçirilməklə iki hissədən ibarət olub. Təlimin birinci hissəsində istehsal və emal zamanı qida təhlükəsizliyinə nəzarət, aflatoksin: sağlamlıq riskləri və təhlili, eyni zamanda yerli təcrübədə qida təhlükəsizliyi standart sistemi, qida istehsalı və ticarəti, qida təhlükəsizliyi və keyfiyyəti, qida təhlükəsizliyi üçün risk monitorinq sistemi mövzuları müzakirə olunub. Təlim çərçivəsində AQTA əməkdaşları Quançjou və Nanninq şəhərlərində ədviyyat, bitki yağı, süd məhsulları, spirtli içkilər, dondurma istehsalı, meyvə yetişdirilməsi və s. ilə məşğul olan böyük miqyaslı şirkətlərdə olub.

Qeyd edək ki, təlim Çin Xalq Respublikasının Ticarət Nazirliyinin maliyyə dəstəyi və Çin Qida və Fermentasiya Sənayesi Məhdud Korporasiya Milli Araşdırma İnstitunun təşkilatçılığı ilə keçirilib. Təlimdə 13 ölkədən 68 nümayəndə iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır