ARBİTRAJ nədir?

Fransızca “arbitrage” sözündən götürülmüş bu terminə 2 cür tərif verə bilərik:

1. “Arbitraj” müəssisələr, təşkilatlar, idarələr arasında əmlak mübahisələrinin həll edilməsi,eləcədə müqavilələrin yerinə yetirilməməsi ilə əlaqədar iddiaların tənzimlənməsi üçün yaradılmış dövlət orqanıdır.

2.Başqa sözlə, mübahisə edən tərəflərin ekspert hakimlər rolu oynayan müstəqil arbitlərə müraciət etmələri yolu ilə mübahisələrin həll edilməsi üsuludur. Bu halda arbitləri ya mübahisə edənlər özləri seçir , ya qarşılıqlı razılaşma əsasında təyin edilir, ya da qanunla müəyyən edilmiş qaydada təyin edilirlər.

Daim yeni terminlər öyrənmək üçün Azərbaycan Banklar Assosiasiyasının rəsmi məlumat portalı olan BBN.az saytının aşağıdakı linkdə göstərilən facebook səhifəsini bəyənmək kifayətdir:

https://www.facebook.com/BBNNEWS/ 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır