ARDNF-nin aktivləri 5% artıb

2017-ci il iyulun 1-ə Azərbaycan Dövlət Neft Fondunun aktivləri 2017-ci ilin əvvəlinə (33 147,0 milyon ABŞ dolları) nisbətən 4,96% artaraq 34 790,9 milyon ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi hesabına olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır