ARDNF analitik yazı müsabiqəsi elan edir

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Azərbaycan Mətbuat Şurası ARDNF-nin yaradılmasının 20-ci ildönümü münasibətilə Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında mövzusunda yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında analitik yazı müsabiqəsi elan edir.

Müsabiqə nəticəsində ilk yerin sahibi 1000 manat, ikinci yerin sahibi 800 manat, üçüncü yerin sahibi 500 manat ilə mükafalandırılacaq. Müsabiqədə iştirak edən 5 nəfər üçün həvəsləndirici mükafat – 200 manat nəzərdə tutulub.

Müsabiqə ilə bağlı daha ətraflı məlumat almaq üçün keçidə daxil ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır