ARDNF-in elan etdiyi tenderin qalibləri bəlli olub

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) tərəfindən malların və xidmətlərin satın alınması məqsədilə 10 lotdan ibarət keçirilən açıq tenderin 6 lot üzrə qalibləri bəlli olub.

BBN.az xəbər verir ki, inzibati binanın təmizlik xidmətlərinin satın alınması üzrə qalib “Şeh” MMC , xidməti məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulan seqmenti D və ya E-yə, markası Yaponiya və ya Almaniyaya məxsus 2 ədəd minik avtomobilinin  satın alınması üzrə qalib “Toyota Bakı Mərkəzi” MMC, çap və nüsxələmə avadanlıqlarının kartric, toner və digər ehtiyat hissələrinin (HP və Xerox markaları üzrə) satın alınması üzrə qalib isə “Xeropc” MMC olub.

Həmçinin, informasiya texnologiyaları sistemlərinin üzərində çalışan virtual platforma üçün vendor texniki xidmətinin 1 il müddətinə uzadılmasının satın alınması üzrə qalib “Bakinity Distribution” MMC, Radware lisenziyalarının müddətinin bitmə vaxtından 1 il müddətinə uzadılması xidmətinin satın alınması üzrə qalib “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” QSC, dəyişikliklərin idarə olunması və təhlükəsizlik hadisələrin monitorinqi xidmətinin (RSA sistemi ilə) satın alınması üzrə qalib isə “Evrodizayn” MMC olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır