ARDNF-nun bank depozitlərinə investisiyaları 2 dəfədən çox artıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun audit hesabatı açıqlanıb.

Neft Fondunun bank depozitlərinə investisiyalarının həcmi 2017-ci il yanvarın 1-nə 3,759 mlrd. manat təşkil edib.

Hesabata əsasən, bu, 2015-ci ilin yekunu ilə müqayisədə 2,1 dəfə çoxdur. Kəskin artım ARDNF-in ötən il “Azərbaycan Beynəlxalq Bankı”nda yerləşdirdiyi 1,774 mlrd. manatlıq depozit hesabına olub.

Fond həmçinin Türkiyənin 4 bankında yerləşdirdiyi depozitlərin həcmini artırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır