ARDNF-in rəhbəri Beynəlxalq Valyuta Fondunun missiyası ilə görüşüb

2017-ci il sentyabr ayının 13-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azurun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə ARDNF-nin fəaliyyəti, Azərbaycanda makroiqtisadi sabitliyin və fiskal dayanıqlığın tənzimlənməsi istiqamətində atılan addımlar və digər məsələlər müzakirə edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır