Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2 lot üzrə açıq tender elan edir. 1-ci lot Elektron Sənəd Dövriyyəsinin təşkilinə dair proqram təminatının satın alınması, 2-ci lot isə dəyişikliklərin idarə olunması və təhlükəsizlik hadisələrin monitorinqi üzrə texniki xidmətin satın alınması üzrədir.
Tender prosedurları 06 sentyabr 2017-ci il saat 11.00-da ARDNF-in yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanında tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaq.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər 23 avqust 2017-ci il, 18:00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə 05 sentyabr 2017-ci il, 18:00-a qədər hər lot üzrə ayrı-ayrı zərflərdə ARDNF-ə təqdim edilməlidir.
Qeyd edək ki, hər bir lot üzrə iştirak haqqı 100 (yüz) manat məbləğində müəyyən edilib. Tenderin Əsas Şərtlər Toplusu tenderdə iştirak edən podratçılara müvafiq lot üzrə iştirak haqqı göstərilən hesaba ödənildikdən sonra təqdim ediləcək.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər barədə ətraflı məlumat keçiddə yerləşdirilib.