Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tender elan edir.
BBN.az xəbər verir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq tender malların, işlərin və xidmətlərin satın alınmasını əhatə edir.
Tender prosedurları 05 aprel 2018-ci il yerli vaxtla saat 10.00-da, ARDNF-in yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanında tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaq.
Hər bir lot üzrə iştirak haqqı 100 (yüz) manat məbləğində müəyyən edilib. İştirak haqqı heç bir halda geri qaytarılmır. Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılmasında iştirak edə bilərlər.
Qeyd edək ki, lotlar və tenderdə iştirak üçün təqdim ediləcək sənədlər haqqında ətraflı məlumat keçiddə yerləşdirilib.