1 həftəyə 52 ipoteka krediti verilib

İndiyə qədər Azərbaycan İpoteka Fondunun xətti ilə müvəkkil banklar tərəfindən verilən ipoteka kreditlərinin sayı 18 049 ədədə yüksəlib ki,  bu da yeni 52 kredit deməkdir.

52 kredit üzrə ümumi məbləğ 3,2 mln. manat təşkil edir.

Yeni verilmiş ipoteka kreditləri üzrə orta məbləğ  61 267 manat təşkil edir ki, bu da əvvəlki ipoteka kreditlərinin orta məbləğindən  50,8% çoxdur.

İndiyə qədər verilmiş kreditlərin həcmi isə təqribən 734 mln. manat təşkil edir.

Həmçinin bax:

Gələn həftədən daha 11 banka ipoteka üçün müraciət etmək mümkün olacaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır