Artıq vətəndaşlar 2 saylı “ASAN Kommunal” mərkəzinə müraciət edərək Ədliyyə Nazirliyinin notariat xidmətlərindən də yararlana bilərlər.
Xidmətlərin “ASAN xidmət” mərkəzləri ilə yanaşı 2 saylı “ASAN Kommunal” mərkəzində də təşkil olunmasının səbəbi Bakı Dəmir Yolu Vağzalında vətəndaş sıxlığı, sərnişinlər tərəfindən çoxsaylı müraciətlərin daxil olması və ən çox ehtiyacın bu xidmətlərə yaranmasıdır.
Eyni zamanda vətəndaşlar 2 saylı “ASAN Kommunal” mərkəzinə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, həmçinin, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərindən də yararlana bilərlər.