7-9 mart 2017-ci il tarixlərində Brayton şəhərində qlobal mobGov World Summit konfransı keçirilib. Bu konfrans ənənəvi olaraq mobil dövlət xidmətlərinin tətbiqi ilə bağlı son dövrlərin nailiyyətlərinin, həmçinin çağrışlarının müzakirəsi və mübadiləsi üçün ənənəvi olaraq mobil sənayenin peşəkarlarını, dövlət sektorunun nüməyəndələrini, EİB və akademik dairələrini toplayır. Dövlət sektoru üçün yeni və innovativ xidmətlərin və ya həllərin daha effektli olduğu ölkələrin dövlət sektorunun yüksək vəzifəli nümayəndələri bu sektorda mobil texnologiyaların istifadəsi, informasiya təhlükəsizliyi, əşyaların İnterneti sisteminin qurulması, istifadə olunan innovasiyalarda süni intellektin inkişafı sahəsində öz təcrübələri və çıxardıqları nəticələri bölüşüblər.
MobileGov World Summit konfransının nəticələrinə görə Global mobileGov Awards-ın münsiflər heyəti müsabiqə layihələrini onların innovativliyi, effektliliyi və digər parametrlərinə görə qiymətləndirilib.
İnnovasiya sənayesinin liderləri hesab edilən Cənubi Koreya , Malayziya , BƏƏ , Hindistan, Türkiyə, Rusiyakimi ölkələr tərəfindən bu sahədə reallaşdırılan həllər digər nominantlar sırasına daxil olub. Beynəlxalq münsiflər heyətinin qiymətləndirməərinə görə “Asan İmza” bu nüfuzli mükafata layiq görülüb.
“