Artıq vətəndaşlar “ASAN Kommunal” mərkəzlərində “Azəriqaz” İB, “Azərişıq” ASC, “Azərsu” ASC tərəfindən göstərilən xidmətlərdən evlərində və ya iş yerlərində sifarişli əsaslarla səyyar formada yararlana biləcək. Xidmətlərin sifarişi isə 9-108 nömrəli Çağrı mərkəzi vasitəsi ilə mümkündür.
Səyyar xidmətlər dedikdə qanunla müəyyən edilmiş qaydada əlavə ödəniş aparılmaqla şəxsin iş və ya yaşayış yerini, habelə olduğu yeri tərk etmədən xidmətlərdən yararlanması nəzərdə tutulur. Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlər və xidmətin nəticəsi olaraq şəxsə verilməli olan sənədlər onun yaşayış və ya iş yerində, habelə olduğu yerdə təhvil götürülə və təhvil verilə bilər.
Qeyd edək ki, sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan 1-ci qrup əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir.