“ASAN ödəniş” sistemi tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar 20 – 21 sentyabr 2017-ci il tarixlərində sistemin fəaliyyətində müvəqqəti fasilə yaranacaq.
Belə ki, qeyd olunan müddət ərzində “ASAN xidmət” mərkəzlərində və ictimai yerlərdə quraşdırılmış “ASAN ödəniş” terminalları, www.asanpay.az portalı üzərindən ödənişləri həyata keçirmək mümkün olmayacaq.
Təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra bu istiqamətdə fəaliyyət tam təmin ediləcək.