“ASAN Viza” sisteminə daha 12 dövlət əlavə edilib

“ASAN Viza” sistemi vasitəsilə Azərbaycana səfər edəcək ölkələr siyahısına daha 12 dövlət (Baham adaları, Barbados, Boliviya,Ekvador, Honduras, Maldiv, Mavriki, Paraqvay, Peru, Seyşel adaları, Yamayka, Kolumbiya) əlavə edilib. Beləliklə, “ASAN Viza” portalı vasitəsilə e-viza verilən ölkələrin sayı 81-dən 93-ə yüksəlib.
Həmçinin “ASAN Viza” sistemi xarici vətəndaşlara qrup şəklində viza müraciətini təklif edib. Qrup müraciətləri minimum 2, maksimum isə 10 nəfər üçün nəzərdə tutulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır