“ASAN xidmət”ə 18 milyondan çox vətəndaş müraciəti qeydə alınıb

14 noyabr 2017-ci il tarixində Misir Ərəb Respublikasının Cənubi Sinay əyalətinin qubernatoru Xaled Fouda Sıddıqın başçılıq etdiyi nümayəndə heyəti 3 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Bildirilib ki, bu günədək 18 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır