“ASAN xidmət”ə 27 milyonuncu müraciət qeydə alınıb

“ASAN xidmət”ə 27 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

Bu müraciət 1 saylı Bakı “ASAN Kommunal” mərkəzinə Fərman Hacıyev tərəfindən edilib. O, “Azəriqaz” İB, “Azərişıq” ASC, “Azərsu” ASC tərəfindən həyata keçirilən xidmətlərdən yararlanıb.

27 milyonuncu müraciətin sahibi kimi Fərman Hacıyev təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır