“ASAN Xidmət”ə bu günədək 19 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb

23 dekabr 2017-ci il tarixində ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri 3 saylı “ASAN xidmət” mərkəzi, Səyyar ASAN xidmət avtobusu və ASAN Radionun fəaliyyəti ilə tanış olub.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.  Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 19 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır